Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DAXİLİ İŞLƏR NAZİRLİYİNİN TİBB İDARƏSİ AÇIQ TENDER ELAN EDİR

DAXİLİ İŞLƏR NAZİRLİYİNİN TİBB İDARƏSİ AÇIQ TENDER ELAN EDİR

Tender 7 lot üzrə keçirilir.
Lot-1. Dəftərxana, təsərrüfat mallarının və dezinfeksiyaedici məhlulların satınalınması. 
Lot-2. Tibbi avadanlıqların və şəkər ölçən aparat üçün striplərin ­satınalınması. 
Lot-3. Tibbi avadanlıqlara texniki xidmətlərin göstərilməsi. 
Lot-4. Dərman preparatlarının, sarğı ləvazimatlarının, şəkərli diabet üçün dərman və tibbi təyinatlı vasitələrin ­satınalınması. 
Lot-5. Reaktivlərin satınalınması. 
Lot-6. Narkotik testlərin satınalınması. 
Lot-7. Digər maşın və avadanlıqların satınalınması .
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara, müvafiq sahədə iş təcrübəsinə malik olmalıdırlar. Bu tender üzrə satınalma müqaviləsi bağlandıqdan sonra 2019-cu il dekabrın 31-dək DİN-in Tibb İdarəsinə və ona tabe olan müalicə -profilaktika müəssisələrinə malların göndərilməsi, xidmətlərin yerinə yetirilməsi başa çatdırılmalıdır. 
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 200 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Azadlıq prospekti 161 nömrəli (əlaqələndirici şəxs Nadir İskəndərovdan , telefon- 590-20-60) ünvandan ala bilərlər.
DİN-in Tibb İdarəsi
Hh- AZ88CTRE00000000000002078508
VÖEN - 1700341621
Bank - AR Dövlət Xəzinədarlığı Agentliyi 
Kod - 210005
VÖEN - 1401555071
M/h - AZ41NABZ01360100000000003944
S.W.İ.F.T - CTREAZ22
Maddə - 142340, fond -7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-digər sənədlər.
 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
Tender proseduru “Dövlət ­satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13 fevral 2019- cu il saat ­11.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 21 fevral 2019- cu il saat 11.00-a qədər Bakı şəhəri, Azadlıq prospekti 161 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 22 fevral 2019-cu il saat 10.00-da Bakı şəhəri, Azadlıq prospekti 161 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

10 2019 22:10 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2019 | 02:18
MƏTANƏT A
20 Mart 2019 | 02:17
AVROMED
20 Mart 2019 | 02:12
Kapital Bank
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin