Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəlilabad Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

Cəlilabad Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot-1. Maşın-mexanizmlərin (ekskovator və buldozerlərin) cari təmiri, nasos, dizel və elektrik mühərriklərinin əsaslı təmiri üçün ehtiyat hissələrinin satınalınması.
 Lot-2. Hidrotexniki qurğuların, mülki və istehsalat binalarının, beton və latok kanallarının, nasosların cari təmiri üçün mal-materialların və ehtiyat hissələrinin satınalınması.
Lot-3. İstehsalat bazası və hidrotexniki qurğuların əsaslı təmiri üçün mal-materialların satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 40 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsi 1 nömrəli ünvandan ala bilərlər (əlaqələndirici şəxs- Rahib Şahbazov.Telefon: 02524 -5-54-01).
Təşkilat- Cəlilabad SSİ
VÖEN- 8300124331
Hh- AZ 79 CTRE 00000000000002352501
Fond 7, təsnifat kodu: 142340
Bank-D X A
Mh: AZ 41 NABZ 01360100000000003944
VÖEN-1401555071
Kod -210005
SWİFT.BİK.CTRE AZ 22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bankın zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Tenderdə iştirak etmək üçün iddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 1fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş və imzalanmış ikiqat zərflərdə 11 fevral 2019-cu il saat 17.00-a qədər Cəlilabad Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Tender zərfləri 12 fevral 2019-cu il saat 15.00-da Cəlilabad Suvarma Sistemləri İdarəsinin binasında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası 

10 2019 22:10 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
19 Yanvar 2019 | 22:55
AVROMED
19 Yanvar 2019 | 22:41
Kapital Bank

Ən son xəbərləri səhifəmizdən də izləyin