Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi malların (işlərin və xidmətlərin) satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi  malların (işlərin və xidmətlərin) satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 5 lot üzrə keçiriləcəkdir.
Lot-1. Dəftərxana və təsərrüfat mallarının satınalınması.
Lot-2. Bakının H.Cavid prospektində yerləşən AMEA-nın akademiya şəhərciyinin mühafizə xidmətlərinin satınalınması.
Lot-3. İnventarın satınalınması.
Lot-4.Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satınalınması.
Lot-5. Digər maşın və avadanlıqlar maddəsi üzrə malların satınalınması.
Maraqlananlar lot-1 üçün 20 (iyirmi) manat, digər lotların hər biri üçün isə 50 (əlli) manat məbləğdə tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər:
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsi
 VÖEN-1700007431 
 9 saylı Xəzinədarlıq İdarəsi 
VÖEN- 1700987121
 Bank- DXA 
 VÖEN- 1401555071 
Kod-210005
 H/h-AZ67CTRE00000000000002728301
M/h-AZ41NABZ01360100000000003944
SWIFT-CTREAZ22
H/h-AZ28CTRE 00000000000004138316 
 Fond-3, büdcə təsnifatı kodu-142319
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün aşağıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 2 faizi həcmində təklifin bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər:
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;
- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat;
- malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir ildəki maliyyə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş bəyannamənin surəti;
- sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcun olub-olmaması barədə arayış;
- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;
- son bir ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat;
- lot-2 üzrə tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) əlavə olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş mühafizə xidmətlərinin həyata keçirilməsinə müvafiq icazə (lisenziya) təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 14 fevral 2019-cu il saat 17 .00-dək tender komissiyasına təqdim etməlidirlər.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs N.Abbasova (telefon- 012-492-59-76) müraciət edə bilərlər.
İddiaçılar tender təklifini və təklifin bank təminatını imzalanmış, möhürlənmiş, ikiqat bağlanmış zərfdə 26 fevral 2019-cu il saat 17.00-dək Bakı şəhəri, İstiqlaliyyət küçəsi 30 nömrəli ünvanda yerləşən AMEA Rəyasət Heyətinin inzibati binasında tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 27 fevral 2019-cu il saat 11.00-da AMEA RH-nin kiçik iclas zalında açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir. 

 

Tender komissiyası 

10 2019 22:09 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
19 Yanvar 2019 | 22:55
AVROMED
19 Yanvar 2019 | 22:41
Kapital Bank

Ən son xəbərləri səhifəmizdən də izləyin