Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası AÇIQ TENDER ELAN EDİR

Tender 4 lot üzrə keçirilir.
Lot- 1. 2019-cu ildə “Vətəndaş Cəmiyyəti” jurnalının nəşr üçün hazırlanması ilə bağlı xidmətlərin satınalınması.
Lot -2 . 2019-cu ildə www.qhtxeber.az internet saytının fəaliyyətinin həyata keçirilməsi ilə bağlı xidmətlərin satınalınması.
Lot -3. Şuranın fəaliyyəti ilə bağlı elektron xidmətlərin satınalınması.
Lot -4 . Şuranın fəaliyyəti ilə bağlı texniki avadanlıqların satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, F.Əmirov küçəsi 1 nömrəli (əlaqələndirici şəxs- Sevinc İsgəndərovadan, telefon: 012 493 1780 (daxili 240) ünvandan ala bilərlər.
İştirak haqqı lot -1 və lot-2 üçün hər birinə 100 manat ,lot -3 və lot -4 – ün hər birinə isə 150 manatdır. 
Hh- AZ78CTRE00000000000005418301
VÖEN- 1301696511
Bank- Dövlət Xəzinədarlığı Agentliyi 
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-digər sənədlər (analoji sahədə iş təcrübələri barədə məlumat).
 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29 yanvar 2019-cu il saat 18.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 7 fevral 2019-cu il saat 18.00-dək Bakı şəhəri, F.Əmirov küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 11 fevral 2019-cu il saat 15.00-da Bakı şəhəri, F.Əmirov küçəsi 1 nömrəli ünvanda açılacaqdır.

 

Tender komissiyası

10 2019 22:08 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2019 | 02:18
MƏTANƏT A
20 Mart 2019 | 02:17
AVROMED
20 Mart 2019 | 02:12
Kapital Bank
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin