Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC 2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

“Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC  2019-cu il üçün  AÇIQ TENDER ELAN EDİR

Tender 6 lot üzrə keçiriləcəkdir.
Lot-1. Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) müntəzəm avtobus marşrutlarında müvafiq elektron bilet sistemləri layihəsinin (bundan sonra E-Bilet) konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satınalınması.
Lot-2. Yük daşımalarında elektron əmtəə-nəqliyyat qaimə sistemi layihəsinin (bundan sonra E-Qaimə) konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satınalınması.
Lot-3. Taksi əməliyyatları proqram təminatı layihəsinin (bundan sonra E-Taksi) konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satınalınması.
Lot-4. Taksi əməliyyatları proqram təminatının hazırlanmasının satınalınması.
Lot-5. Avtomobil nəqliyyatı informasiya sistemi (bundan sonra – ANİS) layihəsinin konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satınalınması.
Lot-6. E-Bilet, E-Qaimə və E-Taksi sistemlərinin ANİS-ə inteqrasiya edilməsi layihəsinin konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ağasadıq Gəraybəyli küçəsi 29 nömrəli ünvandan (əlaqələndirici şəxs- Hikmət Cəfərovdan, telefon- 012-561-76-03) ala bilərlər.
Alan bank- “Azərpoçt” MMC 6 saylı PF
Kod-691066
 VÖEN- 9900037711
M/h- AZ76NABZ01350100000000094944
SWİFT: AZPOAZ 22
Alan təşkilat - “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC
VÖEN - 9900080021
H/h - AZ21AZPO91065461200420100012
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 1 fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 11 fevral 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, Ağasadıq Gəraybəyli küçəsi 29 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 12 fevral 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

10 2019 22:08 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2019 | 02:18
MƏTANƏT A
20 Mart 2019 | 02:17
AVROMED
20 Mart 2019 | 02:12
Kapital Bank
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin