Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən ay Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub

Ötən ay Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub

Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanda 2018-ci ilin dekabr ayı üzrə gündəlik neft hasilatı 790 min barrel olub. Bunun 721 min barrelini xam neft, 69 min barrelini kondensat təşkil edib. Gündəlik 617 min barrel xam neft, 69 min barrel kondensat, 13,4 min barrel isə neft məhsulları ixrac edilib.

Ötən il orta gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib. Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaq öhdəliyi götürüb.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

10 2019 17:34 - İQTİSADİYYAT
İQTİSADİYYAT
7 Oktyabr 2019 | 15:46
Neftdən nə xəbər?!
5 Oktyabr 2019 | 16:45
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə