Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sığortaçıların dekabr ayı üçün reytinq cədvəli açıqlanıb

Sığortaçıların dekabr ayı üçün reytinq cədvəli açıqlanıb

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyi sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqinin ötən ilin dekabr ayı üçün nəticələrini açıqlayıb.

ASA-nın mətbuat xidmətinin məlumatına görə, 2018-ci ilin və dekabr ayının yekunlarına əsasən birliyin rəsmi saytında (www.asa.az) indiyədək vətəndaşlar tərəfindən sığorta şirkətləri barədə 222 rəy bildirilib. Bu rəylərdən 111-i “təsdiqlənmiş”, 12-si isə “həll edilmiş” kateqoriyasına daxil olub.

Reytinq cədvəli aşağıdakı kimi formalaşıb:

Dekabr ayının nəticələrinə görə “A-Group Sığorta” şirkəti 31 balla müştəri məmnuniyyətinin təmin olunması baxımından yenidən reytinq cədvəlinin ən yüksək pilləsində qərarlaşıb. Şirkət barədə saytda ümumi 23 müsbət rəy qeyd olunub ki, bu rəylərin hər biri birlik tərəfindən araşdırılıb və həqiqiliyi öz təsdiqini tapıb.

Reytinq cədvəlinin ikinci pilləsi “Atəşgah Sığorta” şirkətinə məxsusdur. Şirkət ümumi 38 rəy əsasında 30 bal toplayıb. Barəsində qeyd olunmuş 3 rəylə 6 bal toplayan “Qala Həyat Sığorta” şirkəti cədvəldə 3-cü pillədə mövqe tutub. 4 və 5-ci yerləri hər biri 1 balla “Xalq Sığorta” və “PAŞA Sığorta” şirkətləri bölüşüb.

Xidmət səviyyəsi -3 və -8 intervalında qiymətləndirilərək cədvəlin 18-22-ci yerlərini formalaşdıran şirkətlərin siyahısına daxildir: “AzSığorta” – -3 bal, “Günay Sığorta” – 4 bal, “Meqa Sığorta” – -5 bal, “AtaSığorta” – -7 bal və “AzərSığorta” – -8 bal.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

10 2019 17:32 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə