Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il muzdla çalışan işçilərin sayı 2,1 faiz artıb

Ötən il muzdla çalışan işçilərin sayı 2,1 faiz artıb

2018-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 1553,6 min nəfər olub. Onlardan 888,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına görə,   muzdla işləyənlərin 21,5 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,5 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

10 2019 17:31 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə