Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aleksandr Lukaşenko: Belarus və Rusiyanın birləşməsi gündəmdə deyil

Aleksandr Lukaşenko: Belarus və Rusiyanın birləşməsi gündəmdə deyil

Belarus və Rusiyanın vahid dövlətdə birləşmək məsələsi gündəmdə deyil.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətin ölkənin sosial-iqtisadi inkişafına həsr olunmuş  iclasında deyib: “Mən bizim cəmiyyətdə, elə Rusiyada da vəziyyəti təhlil edirəm. İki dövlətin birləşməsi haqqında bu gün çox söhbət gedir. Mən bu məsələni ağılsızlıq hesab edirəm... Biz Rusiya Prezident ilə birmənalı şəkildə müəyyələşdirdik ki, Belarus və Rusiyanın birləşməsi məsələsi gündəmdə yoxdur”.

Lukaşenko xatırladıb ki, vaxtilə İttifaq dövləti haqqında müqavilə imzalanıb, ölkələrimiz arasında münasibətlər bu müqaviləyə uyğun olaraq inkişaf edib: “Biz o vaxt Konstitusiya aktı, yəni İttifaq dövlətinin Konstitusiyasını qəbul etməli idik, orada bütün məqamlar – həm hakimiyyət, həm idarəçilik, həm siyasi və digər məsələlər öz əksini tapmalı idi. Həmin vaxt Rusiya bu yolla getməkdən imtina etdi. Mən bunu Rusiya prezidentinə xatırlatdm. O da dedi ki, doğrudur belə olub”.

Belarus prezidenti daha sonra qeyd edib: “İndi İttifaq dövləti haqqında müqavilə ilə nə etməliyik?! Biz masa arxasında oturub baxmalıyıq ki, həmin müqaviləyə müvafiq olaraq  kənar təzyiq olmadan nə edə bilərik”.

Lukaşenko əlavə edib ki, iki dövlətin ittifaqı yalınız bərabərhüquqlu əsasda inkişaf edə bilər.

10 2019 16:14 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin