Ən son xəbərlər

Son buraxılış
Arxiv

Konqoda prezident seçkilərinin nəticələri elan edilib

Konqoda prezident seçkilərinin nəticələri elan edilib

Bloomberg agentliyinin verdiyi xəbərə görə, Konqo Seçki Komissiyası prezident seçkilərinin nəticələrini elan edib. Dekabrın 30-da keçirilmlş seçkidə müxalifət lideri Feliks Çisekedinin qalib gəldiyi elan olunmuşdur.

Seçki Komisiyyasının  məlumatına görə 7,05 milyon seçici Feliks Çisekediyə, 6,37 milyon  seçici isə Marten Fayyuluya səs vermişdir.

İstefaya gedən prezident Cozef Kabilanın öz varisi kimi görmək istədiyi daxili işlər naziri Emmanuel Ramazani Şadari 4,36 milyon səs almışdır.

Reuters bildirir ki, seçkinin nəticələrinin elan olunması bir neçə dəfə təxirə salındığından səslərin hesablanması şübhə doğurur .

Seçkidə Fayyulunun qalib gəldiyini iddia edən katoliklər Çisekedinin hakimiyyətlə sövdələşdiyini bildirirlər.

Seçkidə uduzmuş namizədlər 10 gün müddətində Konqo Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Xatırladaq ki, prezident seçkiləri dekabrın 23-də keçirilməli idi, lakin Seçki Komissiyası dekabrın 30-na keçirdi. Texniki səbəblərdən isə seçki qutularını və bülletenləri vaxtında gətirmək mümkün olmayıb.

10 2019 12:58 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin