Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalça Muzeyində gənc yazarların toplantısı

Xalça Muzeyində gənc yazarların toplantısı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında təşkil olunan gənc yazarların “Mirzə Şəfi məclisi” bu ilin ilk toplantısını Azərbaycan Xalça Muzeyində keçirib.

İdarədən bildirilib ki, Xalça Muzeyinin Uşaq muzeyi şöbəsinin müdiri Azər Abdullayev gənc yazarlara bu mədəniyyət ocağı barədə məlumat verərək onlara yaradıcılıq uğurları arzulayıb.

“Mirzə Şəfi məclisi”nin sədri Gülzar İbrahimova bildirib ki, əsas məqsədləri  istedadlı uşaqlara diqqət göstərmək, onların yaradıcılığını dəstəkləməkdir.

Məclisdə gənc yazarlar yeni əsərlərini oxuyublar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

10 2019 12:24 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə