Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Adanın dağılmış simvolunun əvəzinə unikal layihə

Adanın dağılmış simvolunun əvəzinə unikal layihə

"Taxt oyunları" (Game of Thrones) teleserialında və "Titanların savaşı" (Clash of the Titans) filmində mənzərələri yer almış məşhur "Lacivərd pəncərə"nin bərpası təklif olunur.

"Lacivərd pəncərə" (Azure Window) Malta adasında yerləşirdi, adanın simvolu sayılırdı. Əhəngdaşı qayası olan tağ 2017-ci ildə tufan zamanı dağılmışdı.

28 metrlik Qaya-tağ Qoso adasının qərbində idi.

"Maltanın ürəyi" kimi də tanınmış Qaya UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısında yer almışdı.

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan dizayner və memar, "Hotei-Russia" şirkətinin rəhbəri Svetozar Andreyev təklifin müəllifidir. Layihənin digər müəllifi Yelena Britanişskayadır.

Qayanı əvvəlki halında bərpa etmək mümkün deyil. S.Andreyev isə Maltanın simvolunu stilləşdirilmiş memarlıq formasında "yeniləməyi" təklif edir. Güzgü effektli polad lövhələri və tilləri olan bu forma dağılmış qaya-tağ-ın ölçüsü, siluetini və miqyasını təkrarlayacaq.

Layihə sahəsi 5 min kvadratmetrdən artıq sərgi pavilyonunun inşasını da nəzərdə tutur. Struktur spriralvari 5 mərtəbədən ibarət olacaq. Spiralın hər burumu Malta arxzipelaqının tarixindəki hər 1000 ilə həsr olunacaq.

S.Andreyevin dediyinə görə, layihəni Maltanın hakimiyət dairələrinə ötən ilin dekabrında təqdim edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

10 2019 12:22 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə