Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Soda ilə müaıicənin faydası

Soda ilə müaıicənin faydası

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il müddətində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodları ilə tanınır.

Professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanların orqanizminin mühiti turş olur ki, nəticədə bu bir çox xəstəliklərin inkişafına, o cümlədən xərçəngə yol açır.

 İ.Neumıvakin sübut edirdi ki, orqanizmin daxili mühitinin qələviləşdirilməsi bizi ən ciddi və təhlükəli xəstəliklərin inkişafından qoruya bilər. O, daxili mühiti qələviləşdirmək məqsədi ilə ən sadə və ucuz vasitədən istifadə etməyi tövsiyə edirdi. Bu hər evdə olan adi sodadır.  

Sodanı isti suda (70--80 dərəcə) həll etmək lazımdır (soyuq suda olmaz!). Məhlul bir qədər soyuyanda (45--50 dərəcə) içilir. Bunu səhər və axşam yeməkdən əvvəl (acqarına) etmək lazımdır.

Müalicəyə dörddə bir çay qaşığı sodadan başlamaq, növbəti gün üçdə bir, 2-3 gündən sonra yarım çay qaşığı və sonra 1 çay qaşığı götürülməlidir. Hər dəfə orqanizmin reaksiyasına fikir vermək lazımdır. Hər hansı mənfi simptomlar əmələ gəldikdə, qəbulu dayandırmaq və ya dozanı azaltmaq lazımdır.   

Professor soda məhlulunu ömrünün sonuna qədər qəbul etməyi tövsiyə edirdi.

Alimin sözlərinə görə, bu məhlul orqanizmdə olan bütün ziyanlı maddələri xaric edir, oynaq xəstəliklərini müalicə edir, böyrək, sidik kisəsi və qaraciyərindən olan daşları xaric edir, hormonal, həzm sisteminin fəaliyyətini normallaşdırır, damarları xolesterindən təmizləyir.

Ənənəvi tibb professor Neumıvakinin tövsiyələrini qəbul etmir. Lakin buna baxmayaraq bu müalicə prinsiplərinin çoxlu tərəfdarları var.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

10 2019 12:11 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin