Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bədənin su istəyir

Bədənin su istəyir

Həkim Fereydun Batmanhelic ötən əsrdə İranda yaşayıb. Adi su və duz ilə müalicə metodunu dünyada təbliğ edən həkim "Sən xəstə deyilsən, sən susuzsan” kitabı ilə dünyada tanınaraq, milyonlar qazanıb. Bu günə kimi bütün dillərə tərcümə olunan, yüz minlərlə satılan, çoxlarını su və duz ilə müalicəyə cəlb edən Fereydunun həyatı da keşməkeşli olub.

Hələ gənc yaşlarında İran inqilabı baş verən 1979-cü ildə həbsə düşən həkim onunla bir yerdə qalan gənc oğlanın mədə ağrılarından qıvrıldığını görüb. Həbsxanada verilən dərmanlar zəif olduğundan gənc oğlanın halı getdikcə pisləşib. Fereydun gəncin öləcəyini anlayıb ona hər gün təmiz su və duz verməyə başlayır. Suyun miqdarını günbəgün artırıb. 3 gün ərzində həbsxanadakıların gözü qarşısında oğlan özünə gəlib, sağalmağa başlayıb.

Bu üsulla o, oradakı astma, vərəm, bronxit və digər xəstəlikləri olan məhkumları da sağaltmağa başlayıb.

Həbsdən çıxdıqdan sonra bütün ömrünü, fəaliyyətini suyun müalicəvi təsirinə, xəstəliklərdə tətbiqinə, ağır xəstələrdə dərman əvəzi bu metoda keçdikdən sonra baş verən dəyişikliklərin öyrənilməsinə həsr edib.

Həkim Batmanhelic ürəkdən arzulayırdı ki, onun metodu daha çox insanlara çatdırılsın, hətta klinikalar da bu üsulla müalicəyə keçsin. O, insanların hər gün 5--7 adda dərman atmasının qarşısını almaq istəyirdi. Lakin onun arzusu öz ölkəsində və kənarda nə dövlət, nə məmurlar, nə də farmakoloji şirkətlər, iri təcrübə laboratoriyaları tərəfindən dəstəkləndi. Çünki bu işdə milyonlarla gəlir yox idi, satmağa bir şey yox idi. Ona görə Fereydun çarəni kitab yazıb, fikirlərini daha çox insana çatdırmasında görür və belə də edir.

Fereydun xəstələrə deyərdi: "Sənin bədənin, orqanizmin su istəyir. Görmürsənmi, o, su istəyir, su dilənir”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

10 2019 12:09 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin