Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransanın Tuluza şəhərində güclü yanğın

Fransanın Tuluza şəhərində güclü yanğın

Fransanın Tuluza şəhərində yanğın baş verib.

France Bleu radiostansiyası xəbər verir ki, hadisə gecə saatlarında köhnə yaşayış binasında qeydə alınıb. Yanğın barədə məlumat yerli vaxtla gecə saat 2:40-da daxil olub.  Əraziyə 90 yanğınsöndürən cəlb olunub. Binanın daxili pilləkənləri dağılıb. Xilasedicilər bina sakinlərini təxliyə ediblər. Yaxınlıqdakı oteldən də 60 nəfər təxliyə olunub.

Yanğın nəticəsində 19 nəfər, o cümlədən iki yanğınsöndürən xəsarət alıb. İki nəfərin vəziyyəti ağırdır.

Hadisənin səbəbləri açıqlanmır. Yanğın baş verən bina XX əsrin əvvəlində inşa olunub.

Binanın XX əsrin əvvəllərində tikildiyi bildirilir.

10 2019 11:44 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
15 Yanvar 2019 | 14:00
İranda güclü qar və çovğun
11 Yanvar 2019 | 11:26
ABŞ Suriyanı tərk edir
9 Yanvar 2019 | 16:40
Almaniyada tətil gözlənilir

Ən son xəbərləri səhifəmizdən də izləyin