Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SOCAR Türkiyədə ən iri konteyner terminalını alıb

SOCAR Türkiyədə ən iri konteyner terminalını alıb

Danimarkanın “A.P. Moller-Maersk” şirkətinə daxil olan “APM Terminals” Türkiyənin İzmir şəhərindəki konteyner terminalının Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təhvil verilməsini başa çatdırıb.

Bu barədə Trend-ə “A.P. Moller-Maersk” şirkətindən bildiriblər.

Məlumatda qeyd olunur ki, “APM Terminals” həmin terminalın gələcək inkişafı üçün SOCAR-ın daha uyğun olduğunu hesab etdiyi üçün konteyner terminalını öz tərəfdaşına təhvil verməyi qərara alıb: “Terminalın satışı artıq başa çatıb. SOCAR obyektin sahibi olacaq, eyni zamanda “APM Terminals” terminalın istismarını davam etdirəcək”.

Qeyd edək ki, İzmirin Əliağa rayonunda yerləşən terminal Türkiyənin Egey bölgəsində ən iri konteyner terminalıdır.

10 2019 11:19 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin