Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniyada tətil gözlənilir

Almaniyada tətil gözlənilir

Almaniyanın üç böyük aeroportunda təhlükəsizlik əməkdaşları yanvarın 10-da tətil planlaşdırdıqlarını bəyan etmişlər. Ştutqart, Düsseldorf, Köln aeroportlarının təhlükəsizlik xidməti əməkdaşları birgünlük tətil etməyi qərara alıblar.

Tətilin yanvarın 10-da yerli vaxtla gecə saat 3-dən günortaya qədər davam edəcəyi bildirilib.

Hava limanlarının rəhbərliyi tətillə bağlı bəzi reyslərin təxirə salınacağını, gözləmə və yoxlama vaxtının dəyişəcəyini elan ediblər.

Xatırladaq ki, Almaniya aerportlarında təhlükəsizliyi  təmin edən əməkdaşlar əməkhaqqının azlığından narazıdırlar və hər saata görə ödənişin 17 avrodan 20 avroya qaldırılmasını tələb edirlər.

 

“Xalq qəzeti”

9 2019 16:40 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
13 Fevral 2019 | 11:59
Makedoniyanın adı dəyişdi

Ən son xəbərləri səhifəmizdən də izləyin