Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

600 nəfərə elektron qaydada pensiya təyin olunub

600 nəfərə elektron qaydada pensiya təyin olunub

Dövlət başçısı İlham Əliyevin təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun cari ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanmasına imkan verib.

Artıq 600-ə yaxın şəxsə elektron qaydada pensiya təyin olunub. Bu barədə, həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi vaxt və bank filialı barədə onlara “sms”, e-mail və rəsmi məktubla məlumat verilib. Pensiya təyinatının avtomatlaşdırılması bu il pensiya yaşı çatan 36 min insana və ya il ərzində pensiya yaşı çatacaq şəxslərdən 70 faizinə şamil olunacaq.

Qalan şəxslərin sırasına isə dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. daxildir ki, cari il ərzində onların da pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı mexanizminin qurulması işləri aparılacaq.

Eyni zamanda, əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin  yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanır. Həmin 25 illik stajın və eləcə də 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınan pensiya kapitalının indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi məbləğ əsasında pensiya təyin olunur.  Bu da həmin insanların pensiyalarında artıma səbəb olur.

Qeyd edək ki, ilin əvvəlindən pensiya təyinatı sahəsində həyata keçirilən islahat tədbiri vətəndaş-məmur təmasının aradan qalxmasına, şəffaf və çevik pensiya təyinatı sisteminin qurulmasına, pensiyalarda artıma səbəb olub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 2019 15:42 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin