Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnfarktdan uzaq olmaq üçün...

İnfarktdan uzaq olmaq üçün...

Damarların kirəcləşməsi sonunda infarkta yol açır. Uzun illərdən bəri damarları təmizləmək üçün xalq təbabətində mövcud olan bir sıra metodlardan istifadə edilib. Bu üsullar illərlə sınaqdan keçirilib və özünü doğruldub.

Sınaqdan keçirilmiş, Medicina.az saytında rast gəldiyimiz qan dövranını yaxşılaşdıracaq, bir çox xəstəlikləri aradan qaldıracaq və orqanizmi cavanlaşdıracaq içkinin reseptini təqdim edək. Qeyd edək ki, bu içki sayəsində orqanizm parazitlərdən də tamamilə azad olacaq. 

İçkini hazırlamaq üçün hərəsindən 1 stəkan olmaqla limon şirəsi, kök şirəsi, çuğundur şirəsi, qara turp şirəsi, (15 baş) sarımsaq şirəsi, bal, qırmızı şərab (kaqor) götürülür.

Bu məhsullar 2 litrlik şüşə qaba tökülərək taxta qaşıqla qarışdırılır. 45 gün ərzində 1 xörək qaşığı olmaqla gündə 3 dəfə, yeməkdən sonra qəbul edilir.

 2-3 ay müddətində fasilə verdikdən sonra, ehtiyac olarsa, kursu yenidən təkrarlamaq fayda verər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 2019 12:40 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin