Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnstitutun direktoru beynəlxalq mükafata layiq görülüb

İnstitutun direktoru beynəlxalq mükafata layiq görülüb

Yeni ildə səhiyyə sahəsində əldə edilən uğurlardan danışarkən son sevindirici məlumatı da diqqətə çatdırmaq istədik.  Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Qurbanova Cəmilə Fazil qızı beynəlxalq mükafata layiq görülüb. Ona Oksford Akademik Birliyi və Beynəlxalq Sokrates Komitəsi tərəfindən “Name in Science” mükafatı təqdim edilib.

C. Qurbanovaya bu mükafat onun uzun müddətli elmi fəaliyyətinə, milli tibb elminin inkişafına verdiyi töhfələrə, regional və qlobal sosial və tibbi problemlərin həllindəki roluna görə verilib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, mükafat “Elmi Ad” medalından və “Dünya elminə verilən töhfə”yə görə 21-ci əsrin alimləri siyahısına daxil olduğuna görə fəxri diplomdan ibarətdir.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 2019 12:38 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə