Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yeddi gözəl”in səhnə həyatından bəhs edən kitab

“Yeddi gözəl”in səhnə həyatından bəhs edən kitab

Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunmuş Qara Qarayevin “Yeddi gözəl” baleti. Səhnə həyatının tarixi” adlı kitab (rus dilində) sənətsevərlərin ixtiyarına verilib.

Nazirlikdən bildirilib ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşovanın müəllifi olduğu kitabda “Yeddi gözəl” baletinin premyerasından günümüzə qədər səhnə həyatı təsvir edilir, tanınmış balet ustaları, dirijorlar, rəssamlar haqqında məlumatlar verilir.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitab nazirliyin tabeliyində olan qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 2019 12:24 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə