Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2019-cu ilin ilk günündə muzeyə yeni materiallar daxil olmuşdur

2019-cu ilin ilk günündə muzeyə yeni materiallar daxil olmuşdur

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə görkəmli Azərbaycan pianoçusu, Xalq artisti Çingiz Sadıxovun (1929-2017) qiymətli arxiv materialları hədiyyə edilmişdir.

Materialları Çingiz müəllimin həyat yoldaşı Ceyran xanım ABŞ-dan gətirmişdir. Qeyd etmək lazımdır ki, Sadıxovlar ailəsi artıq 25 ildir ki, ABŞ-da yaşayırlar. Hədiyyə olunmuş materiallar arasında pianoçunun “Şöhrət” ordeni və Azərbaycanın Xalq artisti medalı, fotolar, ABŞ prezidenti Bill Klintonun məktubu və bir çox başqa materialları göstərmək olar.

Xatırladaq ki, bir il əvvəl Ceyran xanım Çingiz Sadıxov arxivinin bir hissəsini artıq muzeyə hədiyyə etmişdir .

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 2019 12:20 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə