Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılacağına şübhə edir

Rusiya ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılacağına şübhə edir

Rusiya və ABŞ yaxın vaxtlarda Suriya məsələsini yenidən müzakirə edəcəklər.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov  bildirib ki, tərəflər arasında digər məsələlər barədə də danışıqlar aparılacaq. Ryabkov jurnalistlərə açıqlamasında demişdir:

"Mən belə hesab edirəm ki, ABŞ-ın Suriyada qanunsuz hərbi iştirkının saxlanmasının tərəfdarları Vaşinqtonda çoxdur. Mən təsəvvür edə bilmirəm ki, ABŞ bütün dünyada dominant rol oynamağa, hər yerdə oz mövcudluğunu sübut etməyə, öz maraqlarına uyğun qərarlar qəbul etməyə cəhd etdiyi indiki şəraitdə Suriyadan birdəfəlik getsin... İnanmaq istərdim ki, mən bu fikrimdə yanılıram”.

Nazir müavini daha sonra qeyd etmişdir ki, Suriya mövzusunun müxtəlif aspektləri üzrə təmaslar dayandırılmayıb: “Burada qeyri-adi, sensasiya xarakterli bir şey yoxdur. Bu təmaslar heç də həmişə elan edilmir. Müxtəlif məsələlərlə bağlı əlaqə var və yaxın vaxtlarda digər mövzular üzrə də müzakirələr olacaq".

 

“Xalq qəzeti”

9 2019 11:59 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
13 Fevral 2019 | 11:59
Makedoniyanın adı dəyişdi

Köhnə versiyamızdan xəbərləri izlə