Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənc Tamaşaçılar Teatrında “Əlincə qalası” tamaşası nümayiş ediləcək

Gənc Tamaşaçılar Teatrında “Əlincə qalası” tamaşası nümayiş ediləcək

Yanvarın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı Dilsuz Mustafayevin “Əlincə qalası” xalq nağılı əsasında qələmə aldığı eyniadlı tamaşa nümayiş ediləcək.

Teatrın mətbuat xidmətindən bildirib ki, nağıl-tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Əməkdar incəsənət xadimi Aydın Əzimovdur. Əsərdə rəqslərin quruluşu Əməkdar artist Sənan Hüseynliyə məxsusdur. Tamaşada Xalq artisti Yasin Qarayev, Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Simuzər Ağakişiyeva, Rəzzaq Məmmədov, Qədirhüseyn İsmayılov və Rövşən Abbasov iştirak edəcək.

Azərbaycan qadınının vətənimizin qorunması yolunda qəhrəmanlığından və qeyri-adi cəsarətindən bəhs edən tamaşa yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 2019 11:31 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə