Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb

Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb

Yanvarın 8-də axşam saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.

Hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Magistralda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsünün naməlum səbəbdən idarəetməni itirməsi nəticəsində maşın maneəyə çırpılıb. Nəticədə dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

9 2019 11:06 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin