Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pentaqon aparatının yeni rəhbəri vəzifəsinə Erik Çuninq təyin olunub

Pentaqon aparatının yeni rəhbəri vəzifəsinə Erik Çuninq təyin olunub

Erik Çuninq ABŞ Müdafiə Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Bu barədə Pentaqonun saytında yayılan press-relizdə deyilir.  Erik Çuninq bundan əvvəl Pentaqonda sənaye şöbəsinin rəhbəri olmuşdur

Xatırladaq ki, dekabrın sonunda ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Ceyms Mettisin istefaya göndərildiyini bəyan etmişdi. Bununla bağlı kütləvi informasiya vasitələri yazmışdılar ki, istefanın səbəbi Suriyadan qoşunların çıxarılması məsələsində prezidentlə müdafiə naziri arasında yaranmış fikir ayrılığıdır. Mettisin istefasından sonra Pentaqonun mətbuat xidmətinin rəhbəri Dana Uayt, yanvarın 5-də isə aparat rəhbəri kontr-admiral Kevin Suini də istefa vermişdi.

Suini öz bəyanatında bildirib ki, Pentaqonda keçirdiyim 2 ildən sonra qərar verdim ki, özəl sektora qayıtmaq vaxtıdır. Müdafiə Nazirliyində xidmət etməkdən şərəf duydum.

9 2019 11:04 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə