Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TƏBİB icbari tibbi sığorta sisteminə keçidi təmin edəcək

TƏBİB icbari tibbi sığorta sisteminə keçidi təmin edəcək

Gələn ildən etibarən ölkədə yeni bir qurum - TƏBİB fəaliyyətə başlayacaq. Məhz TƏBİB 2020-ci ildə tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta sisteminə keçidi təmin etməlidir. Qurumun əsas məqsədi səhiyyədə mövcud olan maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməkdir. Qanuna əsasən icbari tibbi sığorta sistemi çərçivəsində xidmətlər zərfi iki hissədən - baza və əlavə hissədən ibarət olacaq. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Pulsuz olacaq xidmətlər zərfinin baza hissəsindən Azərbaycan vətəndaşlarından başqa ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də istifadə edə biləcəklər. Baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Bu haqq işəgötürən tərəfindən hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi, sığortaolunan tərəfindən – işçinin əməkhaqqının aylıq 2 faizi qədər müəyyən edilir. İxtisaslaşmış tibbi yardım haqqını ödəməkdən azad edilən şəxslər, yəni işləməyənlər üçün xidmətlər zərfinin əlavə hissəsi illik 120 manat məbləğində olacaq.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

9 2019 10:55 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə