Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 1    Bakı şəhəri, 7 yanvar 2019-cu il

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli 408 nömrəli  Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli 408 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1936) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi”ndə “Şahin Ələsgərov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi” sözləri “Tariyel Alverdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi” sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə