Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“iPhone” smartfonlarında tətbiq ediləcək yeniliklər məlum olub

“iPhone” smartfonlarında tətbiq ediləcək yeniliklər məlum olub

ABŞ-ın “Apple” şirkəti 2019-cu ildə istehsal olunacaq “iPhone” smartfonlarını ekrana qurulmuş barmaq izi sensoru və sürətli enerjidoldurma imkanına malik “USB-C” portu ilə təchiz etməyə qərar verib. “Atherton Research” şirkətinin analitiki Cin Baptist belə deyib.

Onun sözlərinə görə, həmçinin çərçivəsiz dizayna malik ekranda çıxıntının ölçüsü kiçildilib.

Məlumata görə, yeni “iPhone” smartfonlarının qiyməti əvvəlki kimi 1000 dolları ötəcək, halbuki “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən bir sıra cihazlar öz funksionallığına görə “iPhone” smartfonlarını üstələyir.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

8 2019 17:24 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə