Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Marko Reus Bundesliqanın ən yaxşı oyunçusu seçilib

“Eurosport”un verdiyi xəbərə görə, Almaniyanın Dortmund “Borussiya” futbol klubunun yarımmüdafiəçisi Marko Reus Bundesliqanın ən yaxşı futbolçusu seçilib.

Məlumata görə, 29 yaşlı Reus keçirilən sorğuda səslərin 44 faizini toplayaraq cari mövsümün ən yaxşı futbolçusu adını qazanıb. Səsvermə Bundesliqanın 214 futbolçusu arasında keçirilib. İkinci və üçüncü yerləri onun komanda yoldaşı Axel Vitsel və “Ayntraxt” klubunun hücumçusu Luka Joviç bölüşüblər. Onların hər biri 8,9 faiz səs toplayıb.

Bu mövsüm Reus 17 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

Qeyd edək ki, yarımmüdafiəçi Almaniya millisinin heyətində 37 oyunda 10 qol vurub.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

8 2019 17:17 - İDMAN
İDMAN
18 Sentyabr 2020 | 12:01
Suaresin taleyi sual altındadır
18 Sentyabr 2020 | 00:12
Müqavilənin müddəti uzadılıb

Köhnə versiyamızdan xəbərləri izlə