Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Güclü külək olacağı ilə bağlı xəbərdarlıq

Güclü külək olacağı ilə bağlı xəbərdarlıq

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 9-da paytaxtda güclü külək olacağı ilə bağlı xəbərdarlıq edib. Bunu nəzərə alaraq, sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik. Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.

 

“Xalq qəzeti”

8 2019 17:10 - EKOLOGİYA
EKOLOGİYA
2 Noyabr 2019 | 16:48
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə