Ən son xəbərlər

Son buraxılış
Arxiv

Millət vəkili: Qazaxıstanda yerli sakinlərin ayağa qalxması ermənilərin hərəkətlərindən boğaza yığıldıqlarını göstərir

Millət vəkili: Qazaxıstanda yerli sakinlərin ayağa qalxması ermənilərin hərəkətlərindən boğaza yığıldıqlarını göstərir

Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində bir qrup erməninin yerli sakini qətlə yetirməsi sıradan bir hadisə deyil, bu, əslində həmin ölkədəki erməni icmasının özünü yerli əhaliyə qarşı çox aqressiv aparmasının nəticəsidir. Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

Deputat qeyd edib ki, hər bir gəlmə xalq istər-istəməz yerli adət-ənənələrə hörmətlə yanaşmalı və yerli əhali ilə normal münasibətlər qurmağa çalışmalıdır: “Ancaq gördüyümüz kimi, Qazaxıstanda ermənilər biznesdə, eyni zamanda, ictimai həyatda yer tutmalarına baxmayaraq, yerli əhaliyə qarşı aqressiya nümayiş etdirirlər və bunun nəticəsi olaraq Yeni il gecəsi qətl hadisəsi baş verdi”.

Aydın Mirzəzadə vurğulayıb ki, Qazaxıstanda yerli sakinlərin ayağa qalxması, erməni icmasının nümayəndələrinin ölkədən çıxarılmasını tələb etməsi artıq qazaxların ermənilərin hərəkətlərindən boğaza yığıldıqlarını göstərir: “Ümumiyyətlə, birinci dəfə deyil ki, erməni icmasının nümayəndələri yaşadıqları ölkənin yerli əhalisinə qarşı belə münasibət göstərirlər. Vaxtaşırı olaraq ermənilərin yaşadıqları ölkələrdə yerli sakinlərə qarşı kobud hərəkəti, qətl törətməsi faktlarına rast gəlirik”.

A.Mirzəzadə xatırladıb ki, vaxtilə Rusiya imperiyası tərəfindən Azərbaycan torpaqlarına köçürülən ermənilər sonradan bizim torpaqlara da iddia etdilər: “Qədim Azərbaycan torpaqlarında dövlət qurub azərbaycanlıları etnik təmizləməyə məruz qoydular. Hələ bu azmış kimi, Azərbaycana qarşı hərbi əməliyyatlar apararaq torpaqlarımızın 20 faizini işğal etdilər. Yəni ermənilərin milli düşüncəsində başqa millətlərə münasibətdə olan qüsurlar bu gün özünü bu və ya digər formalarda göstərir və Qazaxıstanda baş verən hadisə də buna bir nümunədir”.

Qeyd edək ki, cari il yanvarın 1-də Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus olan “Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib. İaşə obyektində Yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra restoranın həyətində davam etdirilən münaqişə zamanı 1 qazax gənc - 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb.

Hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrə ötürülüb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətindən olan 2 nəfər - Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib, erməni Qururyan Narek haqqında isə axtarış elan edilib. Bu şəxslər barəsində məlumat hadisədən 2 gün sonra mətbuatda rəsmi olaraq dərc olunub. Baş vermiş hadisə, yəni ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətində haqlı narazılığa səbəb olub.

8 2019 15:22 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin