Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-130 faizini təşkil edir.

Məlumatda daha sonra bildirilir ki, yanvarın 07-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 135 kubmetr olmaqla ongünlük normanın 83 faizini təşkil edir. 2018-ci ildə bu rəqəm 203 kubmetr olmaqla ongünlük normanın 125 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniydə 90 kubmetr olmaqla, ongünlük normanın 127 faizini təşkil edir. 2018-ci ildə bu göstərici 84 kubmetr təşkil edərək ongünlük normanın 119 faizinə bərabər olub.

Yanvarın 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Bankə və  Araz çayının Novruzlu məntəqələrində 2, Surrada 5, Şirvanda 4, Salyanda isə suyun səviyyəsində 1 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 452 sm (2018-ci il yanvarın 07-də 398 sm), Şirvanda 351 sm (2018-ci il yanvarın 07-də 275 sm), Salyanda 311 (2018-ci il yanvarın 07-də 225 sm), Bankədə 261 sm (2018-ci il yanvarın 07-də 210 sm), Araz çayının Novruzlu məntəqəsində isə 185 sm (2018-ci il yanvarın 07-də 132 sm) təşkil edir. 

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

8 2019 14:47 - EKOLOGİYA
EKOLOGİYA
2 Noyabr 2019 | 16:48
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə