Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə donuz qripinə yoluxma yoxdur

Ölkəmizdə donuz qripinə yoluxma yoxdur

Səhiyyə Nazirliyinin mütəxəssisləri Azərbaycanda donuz qripinə yoluxma hallarının mövsüm ərzində qeydə alınmadığını bildirirlər. Həmçinin, mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsinin son illərin orta göstəricisini aşmadığını da diqqətə çatdırırlar. Lakin sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsinin ölkəmiz üçün real təhlükə kəsb etdiyindən profilaktik, müalicəvi və əksepidemik tədbirlərin həyata keçirilməsinin vacibliyini də qeyd edirlər.

Bununla bağlı, tibb müəssisələrinə ağır kəskin respirator xəstəlik halları barədə müraciət olduğu halda, dərhal yerli Gigiyena və Epidemiologiya Mərkəzlərinə məlumat verilir, şübhəli xəstələrdən götürülmüş nümunələr isə Respublika Taun Əleyhinə Stansiyasına çatdırılır, Respublikanın şəhər və rayonların Gigiyena və Epidemiologiya Mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarəti gücləndirib.

 Ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün ET Ağciyər Xəstəlikləri İnstitutunda mənfi təzyiqli bokslar, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında donuz qripi xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb, onlar hazır vəziyyətə gətirilib, dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib. Sərhəd keçid məntəqələri hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlarla təchiz edilib.

Nazirliyin mətbuat xidmətindən bildirirlər ki,  Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 867 nümunə daxil olmuş, lakin həmin nümunələrdə donuz qripi aşkar olunmamışdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 2019 13:15 - SƏHİYYƏ
SƏHİYYƏ
12 Yanvar 2019 | 12:11
Duzla müalicə
10 Yanvar 2019 | 12:11
Soda ilə müaıicənin faydası
10 Yanvar 2019 | 12:09
Bədənin su istəyir

Ən son xəbərləri səhifəmizdən də izləyin