Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il 12 minədək vətəndaşa reabilitasiya xidmətləri göstərilib

Ötən il 12 minədək vətəndaşa reabilitasiya xidmətləri göstərilib

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində 12 minədək əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, onlardan 9094 nəfərinə stasionar, qalanlarına isə ambulator xidmətlər göstərilib. Bu şəxslərin sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları tətbiq edilərək kompleks bərpa-müalicə işləri aparılıb.

Ötən il  9284 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq isə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən protez-ortopedik bərpa xidmətləri ilə təmin ediliblər. Onlara əlil arabaları, eşitmə aparatları və protez-ortopedik məmulatlardan ibarət olmaqla ümumilikdə 35351 reabilitasiya vasitəsi verilib.

Mərkəz tərəfindən 597 nəfərə protezlə hərəkət edilmənin öyrədilməsi, anadangəlmə bəzi qüsur və deformasiyaların, serebral iflicin fəsadlarının azaldılması və s. məqsədilə stasionar şəraitdə reabilitasiya xidmətləri də göstərilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 2019 13:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə