Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Belçika XİN rəhbəri Avropa Şurasının baş katibi postuna öz namizədliyini irəli sürüb

Belçika XİN rəhbəri Avropa Şurasının baş katibi postuna öz namizədliyini irəli sürüb

Belçikanın xarici işlə naziri Didyer Reynders Avropa Şurasının baş katibi postuna öz namizədliyini irəli sürüb.

Belçikanın “Suar” qəzetinin proqnozuna görə, ölkənin xarici işlər və müdafiə naziri Didyer Reyndersin Avropa Şurasının baş katibi vəzifəsini tutmaq şansı çox yüksəkdir.  Qəzetin saytında yerləşdirilmiş məlumatda deyilir: “Hazırkı mərhələdə aydındır ki, Reynders yeganə namizəddir. Lakin namizədlərin irəli sürülməsinin sonuncu müddəti olan həftənin dördüncü günü Litvanın sabiq baş naziri Andryus Kubilyus da mübarizəyə qoşula bilər”.

Didyer Reyndersin namizədliyinin irəli sürüldüyünü nazirliyin aparatında və Avropa Şurasında da təsdiq etmişlər.

“Suar” qəzeti qeyd edir ki, baş katibin seçilməsi üçün seçim komissiyası yoxdur. AŞ üzvü olan ölkələr öz namizədini örəli sürə bilər.   

Qeyd edək ki, Avropa Şurasının yeni baş katibi iyun ayında seçiləcək, oktyabrda isə öz vəsifəsinin icrasına başlayacaq.

Hazırda Avropa Şurasının baş katibi Turbyorn Yaqlanddır.

8 2019 12:44 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə