Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılacaq

Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılacaq

Yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan tədbir keçiriləcək.

Tədbir Mədəniyyət Nazirliyi, “Mədəniyyət” kanalı, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Söz” ədəbi layihəsi çərçivəsində reallaşacaq.

Gecədə sənətkarın həyata və yaradıcılığından danışılacaq, onun mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.

Həmçinin, gecədə sənətkarın uzun müddət rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının aktyorlarının iştirakı ilə tamaşalardan səhnələr təqdim olunacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 2019 12:25 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə