Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərdoğan: İŞİD Suriyada məğlubiyyətə uğradı

Ərdoğan: İŞİD Suriyada məğlubiyyətə uğradı

Türkiyə hesab edir ki, İŞİD terror qruplaşması Suriyada hərbi baxımdan məğlubiyyətə uğrayıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanının "The New York Times" qəzeti üçün yazdığı məqalədə deyilir.

Türkiyə lideri məqalədə qeyd edir ki, ABŞ-ın Suriyadan qoşunları çıxarmaq qərarını doğru sayır: "Hərbi baxımdan İŞİD terror qruplaşması Suriyada məğlubiyyətə uğradı".

T.Ərdoğan həmçinin bəzi ölkələrin qruplaşmanın qalmış hissələri ilə mübarizə aparmaq adıyla Suriyanın daxili işlərinə qarışması ilə bağlı narahatlığını bildirib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə Suriyada radikallaşma üçün səbəblərin aradan qaldırılması üzrə hərtərəfli strategiya təklif edir.

8 2019 11:16 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
15 Yanvar 2019 | 14:00
İranda güclü qar və çovğun
11 Yanvar 2019 | 11:26
ABŞ Suriyanı tərk edir
9 Yanvar 2019 | 16:40
Almaniyada tətil gözlənilir

Ən son xəbərləri səhifəmizdən də izləyin