Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suya tələbat qışda da artır

Suya tələbat qışda da artır

Yay fəslindən fərqli olaraq insanlar qışda su içməkdə çətinlik çəkirlər. Çünki isti havalarda kifayət qədər tərlədiyimizə görə, orqanizmin suya olan tələbabatı da artır. Qışda isə bədənin istiliyini çay və qəhvə kimi içkilərlə tənzimləmək mümkün olur. Bütün bunlara baxmayaraq orqanizmin suya olan tələbatı dəyişmir. 

Bu fəsildə orqanizm daxili maye mühitini tarazlamaq əvəzinə qan dövranını pozmağa cəhd edir. Bu səbəbdən əllər və ayaqlar üşüməyə başlayır. Nəticədə orqanizm suya ehtiyac duysa belə bunu hiss etməyə bilərik.

Bir çox insan sidiyə tez - tez çıxmağın səbəbini havanın soyuq olmasında görür. Bu yalnış fikirdir. Tez-tez sidiyə getməyiniz orqanzimin susuz qalmasına bir işarədir. Böyrəklər sürətlə işlədiyi üçün orqanizmdən çox miqdarda maye çıxarır ki, nəticədə də orqanizmin suya olan tələbatı artır.

Soyuq havalarda öz nəfəsinizi görməyiniz, vücudunuzdan buxar şəklində su ayrıldığını bildirir. Hava nə qədər soyuq olsa və siz nə qədər çox hərəkət etsəniz, o zaman orqanizminiz daha çox maye itirəcək. Buna görə də qış aylarında, yaya nisbətən daha çox su içməyiniz lazımdır. Əgər məşq edirsinizsə, onda hər zaman olduğundan 10 stəkan daha artıq su içməlisiniz.

Tərkibində bol miqdarda su olan meyvə və tərəvəzlərdən çox istifadə edin. Bunlara armud, alma, üzüm, portağal, naringi, xiyar, boranı və kərəviz aid edilə bilər. Bu meyvələrin tərkibində həmçinin də çoxlu vitamin və minerallar olur. Qışda şorba və ət bulyonu kimi qidalar da su ehtiyacını ödəyə bilər.

Medicina.az saytına istinadən son məsləhət: dərinizə nəmləndirici krem çəkin. Bu orqanizmdən su buxarlanmasının qarşısını nisbətən alacaq. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 2019 11:01 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin