Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tramp və Makron ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə ediblər

Tramp və Makron ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə ediblər

ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron telefonla ABŞ qoşunlarının Suriyadan çıxarılması planını müzakirə ediblər.

"Reuters" agentliyi Ağ evə istinadən xəbər verir ki, tərəflər həmçinin Suriyada kimyəvi silahdan istifadənin əleyhinə olduqlarını bildirmişlər.

Qeyd edək ki, ötən ilin dekabrında Ağ evin rəhbəri İŞİD terror təşkilatının məğlub olunduğunu bildirərək ABŞ Silahlı Qüvvələri kontingentinin münaqişə zonasından çıxarılmasını əmr etmişdir.

Ağ Evin məlumatında deyilir: "İki ölkə lideri İŞİD terror qruplaşmasının məhv edilməsinə ümumi sadiqliyi təsdiq edərək Suriyadakı vəziyyəti və ABŞ qoşunlarının Suriyadan əlaqələndirilmiş şəkildə çıxarılması planını müzakirə ediblər".

Xatırladaq ki, bundan əvvəl dövlət katibi Mayk Pompeo qoşunların Suriyadan çıxarılması ilə əlaqədar müttəfiqlərin xəbərdar olunduğunu bildirmişdi.

 

“Xalq qəzeti”

8 2019 10:55 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
13 Fevral 2019 | 11:59
Makedoniyanın adı dəyişdi

Köhnə versiyamızdan xəbərləri izlə