Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Berlin aeroportlarında tətil

Berlin aeroportlarında tətil

Berlinin Teqel və Şönefeld hava limanlarında təhlükəsizlik xidməti əməkdaşlarının tətil etməsi səbəbindən onlarla reys ləğv edilib və ya gecikib.

Almaniyanın "Verdi" Həmkarlar İttifaqı aeroportların təhlükəsizlik xidməti əməkdaşlarını əməkhaqqının artırılması tələbi ilə bazar ertəsi günü səhər tezdən tətilə başlamağa çağırmışdı. Aksiya işəgötürənlər üçün ilk xəbərdarlıq olmalı idi. Tətil irəlicədən planlaşdırıldığı kimi yerli vaxtla səhər saat 5-də başlamış və saat 8:45-dək davam etmişdir.

Bir çox sərnişinlər əvvəlcədən tətil barədə məlumatlandırılıb. Berliner Zeitung agentliyinin verdiyi məlumata əsasən tətil ən azı 80 reysin icrasına təsir edib. Belə ki, 50 istiqamət üzrə reyslər ləngiyib, 25 uçuş təxirə salınıb. Bununla belə, tətilin nəticə vermədiyi bildirilir.

Uçuşların təhlükəsizliyinə cavabdeh olan 23 min əməkdaşın adından danışıqları aparan Verdi təşkilatı iş saatlarına görə əməkhaqqının artırılmasını tələb edir.

 

“Xalq qəzeti”

8 2019 10:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
13 Fevral 2019 | 11:59
Makedoniyanın adı dəyişdi

Köhnə versiyamızdan xəbərləri izlə