Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yevlax Şəhər İcra Hakimiyyəti 2019-cu ildə yolların əsaslı təmiri işlərinin aparılması, mənzil fondunun təmiri və sair xərclərlə əlaqədar açıq tender elan edir

Yevlax Şəhər İcra Hakimiyyəti  2019-cu ildə yolların əsaslı təmiri işlərinin aparılması, mənzil fondunun təmiri və sair xərclərlə əlaqədar açıq tender elan edir

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun göstərilən lot üzrə təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı təqdim etsinlər.
Lot- 1. Yolların əsaslı təmirinin satınalınması.
Lot -2. Mənzil fondunun təmirinin satınalınması.
Lot- 3. Sair xərclərin satınalınması.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tender təkliflərinin qiymətləndirilməsi və müqayisə edilməsi bal sistemi ilə həyata keçiriləcəkdir.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər. Ünvan- Yevlax şəhəri, Azərbaycan küçəsi 3, əlaqələndirici şəxs- Səməd Hüseynov, telefon- 02233-6-49-38.
Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
İştirak haqqı hər lot üçün 100 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
Təşkilat- Yevlax Şəhər İcra Hakimiyyəti
H/h- AZ 49 CTRE 00000000000002515031
VÖEN- 2200074151
Büdcə səviyyəsi- 7y
İnzibati təsnifat- 142340
Bank- Dövlət Xəzidədarlıq Agentliyi
Kod-210005
VÖEN-1401555071
SWIFT BIK: CTRE AZ-22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat;
-işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
-vergilərə və digər icbari ödənişlərə dair borcların olub-olmaması barədə arayış;
-tender təkliflərinin təminatı( zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 2 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır).
İddiaçılar tələb olunan sənədləri möhürlü zərflərdə 8 fevral 2019-cu il saat 17.00-a kimi yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.
Bu tarixdən gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılar tender təklifi və bank zəmanətini 18 fevral 2019-cu il saat 17.00-a kimi təqdim etməlidirlər.
Tender zərfləri 19 fevral 2019-cu il saat 11.00-da Yevlax Şəhər İcra Hakimiyyətində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

7 2019 20:55 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
22 Avqust 2019 | 13:00
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə