Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məcburi köçkünlər üçün daha bir yaşayış kompleksinin tikintisinə başlanılıb.

Məcburi köçkünlər üçün daha bir yaşayış kompleksinin tikintisinə başlanılıb.

Beyləqan rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 146 evdən ibarət bütün zəruri sosial-texniki infrastruktur obyektləri olan yeni yaşayış kompleksinin tikintisinə başlanılıb.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə “Dövlət Proqramı”na edilmiş əlavələrin əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.06.2011-ci il tarixli 149s №-li Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 1.7 bəndinin icrası ilə əlaqədar Beyləqan rayon ərasizində müvəqqəti məskunlaşmış ailələr üçün 146  mənzildən ibarət  yeni yaşayış qəsəbəsinin tikilməsi nəzərdə tutulmuşdur. Yeni yaşayış qəsəbəsinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi təşkilat funksiyaları Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna (MKSİF) həvalə edilmişdir.

Yaşayış kompleksində 12 ədəd 1 otaqlı, 73 ədəd 2 otaqlı,  54 ədəd 3 otaqlı və 7 ədəd 4 otaqlı  mənzillər inşa ediləcək. O cümlədən, qəsəbədə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası (Qazanxana ilə birlikdə) klub-icma mərkəzi, inzibati bina və həkim məntəqəsinin tikintisi də nəzərdə tutulur.  

Gələn ilin ikinci rübünə kimi təhvil verilməsi planlaşdırılan  qəsəbədə hər bir ev tikinti normalarına uyğun olaraq, yüksək keyfiyyətli xətlərlə çəkilmiş elektirik, qaz, su və rabitə ilə təmin olunacaq.

Baş plana əsasən tikinti işləri yekunlaşdıqdan sonra qəsəbə ərazisində yol-küçə şəbəkəsi salınacaq, abadlıq və yaşıllaşdırma işlərinə başlanılacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 2019 15:09 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə