Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il Çağrı mərkəzinə 160 374 müraciət edilib

Ötən il Çağrı mərkəzinə 160 374 müraciət edilib

“018-ci ildə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı mərkəzinə 160 374 müraciət daxil olub.

Müraciətlərin 96 faizi əsasən sosial təminat növləri, əmək qanunvericiliyinin tətbiqi, sosial sığorta münasibətləri, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb olunma qaydaları, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. ilə bağlı sorğulardan ibarət olub. Müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib.

Digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlar məlumatlandırılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 2019 14:56 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə