Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Müəmmalı bir qətlin üç versiyası” – ilin ilk tamaşası belə adlanır

“Müəmmalı bir qətlin üç versiyası” – ilin ilk tamaşası belə adlanır

Yanvarın 6-da “YUĞ” Dövlət Teatrının yaradıcı kollektivi ilin ilk tamaşasını təqdim etdi.

R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

Quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadə olan səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov və Elşən Əsgərov çıxış ediblər. Tamaşanın janrı posmodern oyun kimi müəyyənləşdirilib.

Cəngəllikdə bir ölüm hadisəsi baş verib. Əsas sual ortadadır. Kim kimi öldürüb? Bu suala üç müxtəlif cavab-yanaşma var. Cavab-həqiqət isə yoxdur. Əslində, hadisə necə baş verib? Tamaşada bu suala cavab axtarılır. Bu axtarışda tərəflərin və insan sifətlərinin kəşfi baş verməlidir. Sonuc isə yenə də eyni... birmənalı həqiqət yoxdur. Hətta intersubyektiv həqiqət mütləq həqiqətə çatmır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 2019 14:54 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə