Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fərəc QULİYEV: Yeni konvensiya ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq

Fərəc QULİYEV: Yeni konvensiya ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması dünyanın diqqət mərkəzindədir. Tanınmış politoloqlar qeyd edirlər ki, bu sənəd bir çox məsələlərin münaqişəsiz həlli üçün şərait yaradacaq. 
Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev V Zirvə toplantısında qəbul olunmuş konvensiyanın əhəmiyyətindən söhbət açarkən dedi ki, bu sənəd Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli problemlərin, xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına geniş perspektivlər açacaq: “Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq və qaşılıqlı fəaliyyət mövcüddur. Bu da təhlükəsizliyin və sabitliyin əsas göstəricisidir. Uzun illər idi ki, Xəzərin statusu ilə bağlı müzakirələr aparılır, komissiyalar bu istiqamətdə işləyir, Azərbaycan da öz mövqeyində prinsipiallıq göstərirdi. Amma qonşu dövlətlərin bəziləri bir sıra məsələlərdə bir araya gəlmək istəmirdilər. Görünür, bu detallar üzərində də ümumi razılaşma əldə edildi və tarixi əhəmiyyətli sənəd imzalandı”. 
Deputat qeyd etdi ki, Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına daim öz töhfəsini vermiş, bu istiqamətdə ən müasir üsullardan istifadə etmişdir. Onun sözlərinə görə, dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasi kurs, gördüyü tədbirlər, xüsusilə neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib. Sammitdə də qeyd olundu ki, Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi bütün neft-qaz əməliyyatları Beynəlxalq Standartlaşdırma Təşkilatınun (İSO) standartlarına uyğundur.
F.Quliyev konvensiyanın imzalanmasını Azərbaycan diplomatiyasının növbəti uğuru hesab etdi. Bildirdi ki, bu razılaşma, ölkəmizə həm siyasi, həm də iqtisadi dividentlər gətirəcək: “Son illər Azərbaycan Prezidentinin xarici siyasət kursunda bir-birinin ardınca uğurlar əldə edilib. Bu da növbəti bir uğurdur. Bundan sonra Xəzəryanı ölkələr arasında münasibətlər getdikcə yüksələn xətt üzrə inkişaf edəcək. Eyni zamanda, həm təhlükəsizlik, həm də münasibətlərin yeni müstəviyə qədəm qoyması, iqtisadi potensialın daha da artması baxımından yüksək dəyərə malikdir.
Xəzərətrafı ölkələrlə münasibətlərin daha da yaxşılaşdırılmasında, əməkdaşlığın inkişafında əhəmiyyətli əsaslar olacaq. Bu vaxta qədər neft və neft məhsullarının çıxarılmasında və daşınmasında Azərbaycanın imkanlarından istifadə edən şirkətlərin fəaliyyəti daha geniş vüsət alacaq. Hesab edirəm ki, bu konvensiyanın imzalanması Azərbaycan xarici siyasətinin uğurudur. Eyni zamanda, Xəzər regionunda sabitliyi təmin etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq”.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

16 2018 22:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə