Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uşaqlara sevgi verin

Uşaqlara sevgi verin

Peteris Klyava böyük ürəyə malik məşhur filosof və həkimdir. O, iyirmi beş ildir ki, Latviyanın Uşaq Klinik Xəstəxanasında insan inkişafı, həyat və ölüm arasındakı sirli əlaqəni öyrənir. O, dünyanın hər yerində həyatı harmoniya və nizama salmağa kömək edən mühazirələr deyir və seminarlar verir.

Həkimin uşaq tərbiyəsi haqqında bəzi dəyərli fikirləri ilə tanış olaq:

Yanıma huşu özündə olmayan azyaşlı gətirəndə nə baş verdiyi anlamaq üçün 3 saniyə bəs edir. Dördüncü saniyədə vəziyyətini yaxşılaşdırmağa çalışıram.

İstərdim ki, uşaqlar onların məsuliyyətini çəkə bilən ailələrdə doğulsun.

Almaniyada gənclər arasında "Prioritetləriniz nədir?" sualı ətrafında sorğu keçirilib. 70 faizi təhsil, iş, gəlir, həyat keyfiyyəti və mədəniyyət səviyyəsinin onlar üçün vacib olduğunu bildirib. Uşaqlar ən sonuncu yerdə gəlib. Bu, o deməkdir ki, almanlar "Uşağa nə verə bilərəm?" sualına cavab tapdığı və onu reallaşdırmaq gücünə malik olduğu zaman övlad sahibi olmağa qərar verir. Ən azı sivil yanaşmadır. İnsanların şüursuz şəkildə övlad dünyaya gətirməsi artıq məsuliyyətsizlikdir.

Bizim məhdud, cahil düşüncə səviyyəmiz necədirsə, dünyaya da o gözlə baxırıq. Tibetdə buna karmik görmə deyilir. Bir insanın uşağına verə biləcəyi ən yaxşı şey, öz avamlığını və cahilliyini azaltmasıdır.

Fribax deyirdi ki, malikanədə və daxmada düşüncələr fərqlidir. İtlərə uşaqlardan daha çox qayğı göstərildiyini görəndə, ağlamaq istəyirəm. Onları sığallayır, çimizdirir, öpür və bəsləyirlər. Dünyada qayğıya ehtiyacı olan nə qədər uşaq var? Belə olan halda hansı sivilizasiyadan söhbət gedə bilər?

Əgər uşağı ilahi bir mənəvi varlıq, olaraq qəbul etsəniz, o zaman onun potensialı sonsuza qədər uzanır və uşaq enerji dolu böyüyür. Bəs hər şey fərqli olarsa? Bu, uşağın müdrik və parlaq gələcəyinin "sünnəti" və ya əlindən alınması deməkdir.

Ağıllı, məsuliyyətli və ləyaqətli kişilərin yetişdirilə biləcəyi pionerləri və skautları qaytarmaq yaxşı olardı. Avropada 8 milyon ali təhsilli kişi işləmir. Çünki istəmirlər, onlara çətindir. Hər şeyi asanlıqla və daha rahat yolla əldə etmək istəyirlər.

Bu gün hər şey analar və atalardan asılıdır. Onların övladları daha heç kimə lazım deyil! Məktəb vacibdir. Ağıllı insanların kollektiv intellekti xoş niyyətdir. Gəmidə minlərlə adam ola bilər, ancaq o 30 adam tərəfindən idarə olunar və bu, doğru yerə getmək üçün kifayətdir. İnsanlara müasir psixoloji məlumat səviyyəsində kömək edilməlidir və mən bunu öz məruzələrimdə edirəm.

Fransız psixoterapevərlərin fikrincə, əgər bir adamı gündə 32 dəfə sığallamasanız, o, xoşbəxtlik hissini qazana bilməz və inkişaf etməz. Bizim düşüncəmizdə rusiyalılar və latviyalılar yoxdur, uşaqlar var. Əgər bu yanaşma dünyada hakim olsaydı, onda bizim sivilizasiya tamamilə fərqli olardı.

Ölüm ayağında olan uşaqlara  həqiqəti çox qısa şəkildə izah etməyə çalışıram: "Ölüm yoxdur. Bədəndən ayrılıb başqa bir vəziyyətə keçirsən". Beləliklə uşaq məndən bu və ya digər şəkildə mövcud olacağı inancına dair təsdiq alır. Hamımız bilməliyik ki, bir insanın ölümü ani bir hərəkət deyil, bu, uzun və mürəkkəb bir prosesdir.

Yadda saxlayın ki, uşağın sağlam doğulması üçün ananın qarnında olan embrion yaxşı musiqi, xoş sözlər, mahnılar və sevgi ilə əhatə olunmalıdır. Ölmək üzrə olan ruh da diqqət və qayğı ilə əhatə olunmalı, qışqır-bağır olmadan yola salınmalıdır. Axı, başqa bədəndə təkrar doğulmaq və oraya getmək üçün onu uzun bir yol gözləyir. Publika.az-da verilmiş material əsasında hazırladı:

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

5 2019 14:34 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə