Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclər işlə təmin olunublar

Gənclər işlə təmin olunublar

Ali təhsilli işsiz gənclərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt  şəhər  Məşğulluq Mərkəzində təşkil olunmuş təlim sona çatır. Bu təlimdən yararlanan və onu bitirməkdə olan gənclərdən artıq 3 nəfəri öz ixtisaslarına uyğun münasib iş yeri ilə təmin olunublar.

Qeyd edək ki, bir ay əvvəl başlanan təlimə ali təhsil müəssisələrini bitirmiş 16 nəfər gənc cəlb edilib. Təlim zamanı gənclərə aktiv iş axtarma fəaliyyəti üçün zəruri bilik və bacarıqlar, iş axtarma texnologiyaları, işəgötürənlərlə ilkin əlaqələrin yaradılması, öz potensialını işəgötürənə təqdim etmək üçün sınanmış üsullar və s. öyrədilir.

Gənclər təlim zamanı işəgötürənlə ilkin ünsiyyətin qurulması, özünütəqdim etmə, CV və rezüme yazılışlarının ən optimal variantları, müsahibəyə hazırlıq və s.üzrə zəruri bacarıqlar qazanırlar.

 Təlimin elə son günlərində gənclərdən artıq bir qisminin burada yiyələndikləri bacarıqlar hesabına iş yeri əldə etmələri belə təlimlərin əhəmiyyətli olduğunu göstərir.  Bu səbəbdən də Dövlət Məşğulluq Xidməti tərəfindən belə təlimlərin digər rayon (şəhər) Məşğulluq Mərkəzlərində də təşkili nəzərdə tutulur.

 

Z.BƏŞİRQIZI,
“Xaıq qəzeti”

5 2019 13:55 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə