Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Üçüncü günün adamı” filmi beynəlxalq festivala dəvət alıb

“Üçüncü günün adamı” filmi beynəlxalq festivala dəvət alıb

 “Üçüncü günün adamı” bədii filmi Bolqarıstanda keçiriləcək 11-ci “Sofia Menar” beynəlxalq film festivalına dəvət alıb.

Film yanvarın 16-da Azərbaycana həsr olunmuş rəsmi gecədə nümayiş olunacaq.

Rejissor Babək Şirinsifətin  çəkdiyi ekran əsərinin ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev və başqaları canlandırıblar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

5 2019 11:18 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə