Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın əsas muzeyləri maliyyə səbəbindən bağlanıb

ABŞ-ın əsas muzeyləri maliyyə səbəbindən bağlanıb

Smitson İnstitutu kompleksinə aid olan ABŞ-ın əsas muzeyləri, həmçinin Vaşinqton Milli Zooparkı maliyyə səbəbindən bağlanıb.Bu barədə TASS məlumat yayıb. Məlumatda bildirilir ki, bu, federal hökumətin işinin qismən dayandırılması ilə bağlıdır.

Söhbət əksəriyyəti Vaşinqton və Nyu-York şəhərlərində yerləşən, umumilikdə, 19 muzeydən gedir. Onların sırasında Milli Aviasiya və Kosmonavtika Muzeyi, Milli Amerika Tarixi Muzeyi və dünya sənətinin şah əsərləri toplanmış Milli Rəssamlıq Qalereyası yer alıb.

Xatırladaq ki, növbəti ilin büdcəsi Konqresdə təsdiq olunmadığından ötən il dekabrın 22-də bəzi federal idarələr fəaliyyətini qismən dayandırıb, yəni "şatdaun" (shutdown) deyilən rejim qüvvəyə minib.

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

5 2019 11:14 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə